Yasamal və Nəsimi rayonlarında qəbul vaxtı elan olundu

img

18-02-2015 [18:13]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar fevralın 20–də Yasamal və Nəsimi rayonlarında keçiriləcək.

BŞTİ-dən Mia.az-a verilən məlumata görə, Yasamal rayonu üzrə 13 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 13, 18, 20, 21, 31, 38, 52, 53, 60,150, 153, 158, 161, 167,173, 175, 176, 225, 286, 308 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Nəsimi rayonu üzrə 46 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə 1, 8, 9, 14, 16, 19, 28, 35, 42, 44, 46, 54, 111, 133, 151, 159, 164, 211, 240, 247, 266 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00–da başlayacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədini daşıyır



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA