18-02-2015 [17:39]
Bilənlər bilir, standartlara görə, jurnalist informasiyanı ən azı iki müstəqil, bir-birindən asılı olmayan qaynaq təsdiqləyəndən sonra xəbər edə bilər. İstisna hal jurnalistin özünün şəxsən şahidliyi, olayı öz gözü ilə görməsi, izləməsidir.
Etiraf etmək lazımdır ki, bu sahədə vəziyyət bir o qədər də yaxşı deyil. Jurnalistlər dost-tanışdan eşitdikləri xəbəri dəqiqləşdirməyə ehtiyac görmürlər. Hələ üstəlik xəbərlə rəyi bir-birinə elə qarışdırırlar ki, qalırsan mat-məəttəl.
O günü bir xəbər gördüm, axırıncı cümləsi belə idi: "Yalançının atasına lənət!”
Bir neçə gün öncə gördüyüm xəbərlərdən biri isə kiminsə kimisə "neprav” çıxarması haqqında idi. Bəli, bəli, "neprav”, məhz bu cür də yazılmışdı.
Belə "xəbərlər” çoxdur e... saysız-hesabsız. Bir kitaba sığmaz, amma hər halda maraqlı təklifdir, bir kitab yazmaq olar bu haqq-hesablardan.
Hə, onu deyirdim axı, informasiyanı ən azı iki mənbədən dəqiqləşdirmək lazımdır və bu sahədə problemlər var.
Bəziləri isə mənbə söhbətini, türklər demiş, qıçından anlayır.
Aşağıdakı xəbərə diqqət:
(Etik olmadığı üçün adları və yerləri filankəs və filanla əvəz etmişik – red.)
"Filankəsov Filankəsin ölüm xəbəri yayılıb
Bu barədə məlumat verən həmkarlarımızdan birinin sözlərinə görə, onun qəfildən ürəyi dayanıb. Həmkarımız qeyd edib ki, bunu ona Filankəsin idarəsində işləyən yaxını bildirib.
İdarənin mətbuat xidmətinin əməkdaşı xəbərin yalan və şayiə olduğunu bildirdi”.
Əlavə şərhə ehtiyac varmı?
***
Bu günlərdə Xalq Şairi Nəriman Həsənzadənin ayağının üstündən maşın keçmiş və ağsaqqal yüngülvarı xəsarət almışdı. Xəbəri verdik, başlıqda kifayət qədər ehtiyatlı olmağa çalışdıq ki, yanlış rəy yaranmasın və kimsə bizdən inciməsin, kimsənin xətrinə dəyməyək.
Sağ olsunlar, əksər saytlar xəbərimizi istinadla verdilər. Ona görə, sağ olsunlar, deyirəm ki, son zamanlar "Dəli Nəzərəm, belə gəzərəm” deyən cayıllar istinad-zad hərləmirlər. İrad tutanda da adamı elə borclu çıxarırlar ki, qalırsan belə: "A kişi, mən neylədim axı?”
Sözüm bunda deyil.
Saytlardan biri N.Həsənzadə ilə bağlı xəbərə belə başlıq qoymuşdu: "Xalq şairinin üstündən maşın keçdi”.
İnanmıram ki, bu adamlar "Xalq şairinin ayağının üstündən maşın keçdi” ilə "Xalq şairinin üstündən maşın keçdi”nin fərqini bilməsinlər.
Ancaq əlahəzrət İP insanları çox şeyə vadar edir. Amma adamlıqdan bu qədər çıxmağın da yeri yoxdur. İndi təsəvvür edin, Xalq şairinin məsələdən xəbəri olmayan və bu sərlövhəni, fotonu görən oğlu, yaxud qızı hansı vəziyyətə düşür?
***
Yazını yekunlaşdırmaq istəyirdik ki, dostlardan biri link atdı. Açdıq. Sərlövhə belə idi: "Aygün Kazımova ayaqlarını göstərdi”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi