18-02-2015 [15:15]
Yox, bu "dərs” o dərsdən deyil. Görmüşük ki, ata oğluna nəsihət edər, başına ağıl qoyar, düz yol göstərər, lazım olsa qulağını çəkər, lap kötəkləyər də...
Amma atam mənə "dərs” verdi. Düzdür peşiman deyiləm. Amma hər dəfə məndən təəccüblə soruşanda ki, "Mahir, sən babasan? Üç nəvən var? Neçə yaşın var ki?”. Cavab verirəm ki, "mən 43 yaşından babayam”. O saat ikinci sual gəlir: "Yəqin tez evlənmisən?”. Cavab verirəm ki, "Hə. 21 yaşında. Amma evlənməmişəm. Evləndiriblər”.
Söhbət burda bitsə də, o saat bir əhvalat yadıma düşür. Dünən də həmkarım Ülviyyə xanım bu sualı verəndən sonra qərara aldım ki, bu yazını yazım. Bəlkə siz də uşağınızı düzgün tərbiyə etmək üçün Qabilin bu metoduna əl atdınız. Amma inanmıram. Çünki texnika indi çox inkişaf edib.
Ancaq o vaxt belə deyildi. Hər evdə telefon yox idi. Bizim evdə isə vardı. İnsanlardan bir iş telefonunu, bir də ev telefonunu soruşardılar. İş telefonlarını da idarələrdə kommutator sistemində qururdular ki, əməkdaşlar telefondan çox "asılmasınlar”.

Ev telefonları isə azad idi. Danış nə qədər danışırsan. Müasir gənclər "feysbuk”dan, elektron poçtdan, SMS-dən, "vatsap”dan, bir sözlə cib telefonundan, planşetlərdən necə "asılırlarsa”, mən də o vaxt telefon xəstəsiydim. Evdə tək olan kimi dəstəyi götürüb zəng edirdim. Kimə? Onu soruşmazlar. Əlbəttə ki, qızlara. Başlayırdıq söhbətə. Bəzən dəstəyi pianinoya yaxınlaşdırıb onlar üçün Sezen Aksunun repertuarından "Minik sərçə”, "Məhəbbətin vida mahnı”larını da ifa edirdim. Telefonun dili yüyrək olar deyib atalar. Hiss etmirdim ki, bir saat necə keçib. Bir də görürdüm ki, qapının zəngi çalınır. Açırdım. Qapıbir qonşumuz Bayram Bayramovun həyat yoldaşı Zümrüd xalaydı qapını döyən: "Ay Mahir, atan bizə zəng eləmişdi. Deyir bir saatdır evə zəng edirəm "zanitdir”. Mahirə denən telefonu qoysun yerə”. Geri qayıdıram. Sağollaşıb dəstəyi qoyuram yerinə. Həmən zəng çalınır. "Mahir, bu nədir. Bir saat da telefondan "asılmaq” olar? Bəsdir də...”.
Düz deyir. Bunu indi başa düşürəm. Onda isə hələ uşaq idim. 20 yaşım vardı. Sözlər telefon dəstəyini yapışdırdığım qulağımdan girir, o biri qulağımdan uçub gedirdi havaya. Ertəsi gün yenə eyni mənzərə. Telefon yenə qulağımda, yaxud da pianinonun üstündə. Yenə qapının zəngi basılır. Bu dəfə qonşumuz Əmir Mustafayevin qızı Samirədir. Yenə həmin sözlər: "Ay Mahir, atan bizə zəng eləmişdi. Deyir bir saatdır evə zəng edirəm "zanitdir”. Mahirə denən telefonu qoysun yerə”. Həmən dəstəyi yerinə qoyuram. Zəng çalınır. "Mahir, bu nədir. Bir saat da telefondan "asılmaq” olar? Bəsdir də...”.
Atam deyir, mənsə cavab qaytarmasam da, sözlərinə əhəmiyyət vermirəm.
Uşağam axı?! 20 yaşım var. İki illik əsgərliyimi çəkmişəm. Universitetin 4-cü kursunda oxuyuram. Kommunist biletim də ki, cibimdə.
Bu mənzərə az qala hər gün təkrar olunur. Atam utandığından ayrı-ayrı qonşulara zəng edib qapımızı döydürür. Utana-utana. Amma mən utanmıram. Telefonla danışmağımda davam edirəm.
Günlərin bir günü isə atam hər gün təkrar etdiyi "telefonla az danış” sözlərini demədi. Sadəcə bir cümlə dedi: "Səni evləndirərəm, ağlın gələr başına”. Başa düşmədim bu sözləri. Axı evlənməyin telefonla danışmağa nə dəxli? Bilirsiniz niyə başa düşmədim? Çünki uşaq idim. 20 yaşım vardı. Uşaq olduğum üçün də məni evlənməyə razı salmaq çox asan oldu. Namizəd isə çoxdan hazır idi. El adətincə elçi getdilər, nişan qoydular, toy çaldırdılar. Mən oldum evli bir adam. Sonra bir qızım oldu, sonra o birisi. Telefondan nəinki asılmırdım, heç yadıma da düşmürdü. Pianino çalmağı da yadırğamışdım. Qonşularımızın da canı dincəlmişdi. Atam da artıq "Telefondan az "asıl”” sözlərini demirdi. Gülə-gülə, mənə yaxşı "dərs” verdiyinə sevinmiş kimi iki misra şeir oxuyurdu. Öz yaradıcılığından yox. Şair Abbas Səhhətdən:
Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi