Şirməmməd Hüseynovun daha bir qızına vəzifə verildi

img

18-02-2015 [15:01]


Tanınmış mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun qızı Milli Konservatoriyaya prorektor vəzifəsinə gətirilib.

Mia.az saytı axar.az-a istinadən xəbər verir ki, Lalə Hüseynova Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru təyin edilib. L.Hüseynova əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Vaqif Əbdülqasımovun yerinə təyin edilib.

Xəbəri Milli Konservatoriyadan da təsdiqləyiblər. Bildiriblər ki, Konservatoriyanın bundan öncəki elmi işlər üzrə prorektoru V.Əbdülqasımov vəfat edib və boş qalan vəzifəyə Ş.Hüseynovun kiçik qızı təyin edilib.

Xatırladaq ki, Ş.Hüseynovun böyük qızı Fərəh Hüseynova Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA