Ramil Usubov əmr verdi; yeni transfer və təyinatlar - SİYAHI

img

18-02-2015 [11:15]


Abşeron Rayon Polis İdarəsinin (RPİ) 3 əməkdaşı Binəqədi RPİ-yə təyinat alıb. 

Bu barədə müvafiq əmrləri daxili işlər naziri general-polkovnik Ramil Usubov imzalayıb.

Belə ki, Abşeron RPİ-nin Təhqiqat Bölməsinin rəisi polis mayoru Həsrət Aslanov Binəqədi RPİ-nin İstintaq Şöbəsinin (İŞ)rəisi təyin olunub. Binəqədi RPİ-nin İŞ-nin keçmiş rəisi polis polkovnik-leytenantı Ceyhun Axundov isə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə baş müstəntiq vəzifəsinə təyinat alıb.

Bundan başqa, Abşeron RPİ-nin müstəntiqləri Nəriman Atakişiyev və Məhəmməd Tağıyev də Binəqədi RPİ-yə təyinatlar alıb.

Qeyd edək ki, Abşeron RPİ-nin keçmiş rəisi polis polkovnikiNamiq  İsmayılov bir neçə ay əvvəl Binəqədi RPİ-nin rəisi təyin olunub.

Reoprt



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA