Nazirlik reyd keçirdi, 35 nəfər saxlanıldı

img

17-02-2015 [18:55]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən bu ilin yanvar ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35 nəfər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, onlardan 35 ov tüfəngi, 105 patron və ovlanmış 2 quş götürülüb. Bundan başqa, 27 qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq ümumilikdə 30500 manat məbləğində cərimə tətbiq edilib. Sənəd təqdim etməyən 8 təqsirkar şəxs barəsində isə tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə aidiyyəti rayon polis şöbələrinə müraciət olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA