Daha bir nazirin qrafiki açıqlandı

img

17-02-2015 [18:32]


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 20-də Şabranda vətəndaşları qəbul edəcək.

Mia.az adıçəkilən nazirliyin məlumatına əsasən, xəbər verir ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, H.Əliyev prospekti, 60 A) keçiriləcək. Görüşdə Siyəzən, Xızı və Şabran rayonlarının sakinləri iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs - Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə müraciət edə bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA