"İcra başçısı rəisdən təqdimat yazmayıbsa, demək..." - Tərtər olayları

img

17-02-2015 [16:57]


Az öncə Tərtərdə polis şöbəsində baş verən səs-küylü ölüm hadisəsindən "yaxası"nı kənara çəkməyi bacaran rayonun icra başçısı Müstəqim Məmmədova daha bir zərbə sosial şəbəkələrdən gəlib.

Mia.az xəbər verir ki, sosial şəbəkələrdə fəallıq göstərən Tərtər sakinləri  rayonun Mədəniyyət və Turizm Şöbəsinin müdiri Gündüz Mürsəlovla icra başçısının saxta tender oyunlardan söz açıqblar. Həmin məlumatlarda Tərtər rayon Mədəniyyət və Turizm Şöbəsinin "Divanlı-SC" MMC-nin 36500 manat, "Odlu Ürək" MMC ilə 22600 manat,  "Nur Yolu-A" MMC ilə 44 min manat və "Zərrə-FM" MMC- ilə tender adı altında nələrə yol verildiyi haqda maraqlı iddialar paylaşılıb.

Xəbərdə iddia olunur ki, şöbə müdiri kağız üzərində bu əməliyyatları özbaşına etmək qüdrətində deyil: "Əlbəttə, burada mütləq icra başçısı Müstəqim Məmmədovu "görmək" lazımdır. Əks halda Gündüz Mürsəlovun dərhal işdən azad olunması haqqında təqdimat nazirliyə göndərilər, fəaliyyətinin yoxlanılması üçünsə prokurorluğa rəsmi müraciət olunardı. Bunlar olmayıbsa, demək ki, əməliyyatlar rayon rəhbərinin nəzarəti ilə həyata keçirilir...".

Bununla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA