"Komitə sədri məni öldürmək istəyirdi, DİN qarşısını aldı" - Professordan şok müraciət

img

17-02-2015 [16:36]


Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəməsddin Hacıyevin keçmiş müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayev Prezident İlham Əliyevə müraciə edib. 

Keçmiş SSRİ-də ilk azərbaycanlı olaraq, kibernetika sahəsində müdafiə edən və bu elmin Azərbaycanda təşəkküll tapmasında müstəsna rol oynayan müəllif 2011-ci ildə ildə rektor olan Şəmsəddin Hacıyev tərəfindən qanunsuz olaraq işdən azad edildiyini və o gündən bu günə qədər hüquqlarını bərpa edə bilmədiyini bəyan edərk, İlham Əliyevdən onu qəbul etməsini xahiş edib:

Mia.az-a daxil olan müraciət də daha sonra deyilir: 

Möhtərəm cənab Prezident! 

İqtisad Universitetinin sabiq rektoru, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev cinayətlərini ifşa etdiyimə görə 2011-ci ildə məni fiziki cəhətdən məhv etmək istəyirdi. Sizin göstərişiniz əsasında Daxili İşlər nazirliyi bunun qarşısını ala bildi. İkinci dəfə o, xəbər portallarına açıqlama verərək, mənə "vətən xaini” damğası vurub, vətəni tərk etməyə məcbur edirdi. Ancaq bu dəfə də Siz onu vəzifədən azad etməklə, bunun da qarşısını aldınız. İndi isə milyardları, havadarları və vəzifəsi hesabına dövlət orqanlarını təzyiq edərk, dərimi diri-diri soydurur. Artıq intihar etmək səviyyəsinə çatmışam. Lakin intihar etmirəm, ona görə ki, Ş.Hacıyev sonra bu hadisənin də saxta yolla sənədləşdirərək, bəyan edəcək ki, Bədirxan Musayevin başı xarab olub, ona görə də intihar edibdir. Xahiş edirəm, sənədlərlə Sizi tanış edib tədbir görməniz üçün məni qəbul edəsiniz...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA