17-02-2015 [16:16]
Bu gün Heydər Əliyev
Mərkəzində Biləsuvar rayon İcra hakimiyyəti başçısının
2014-cü ilin yekunlarına dair hesabat iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov,
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra
nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayon ağsaqqqalları,
gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Hesabat iştirakçıları əvvəlcə
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz
xatirəsinə gül dəstələri qoyublar. Sonra rayonun sosial-iqtisadi,
mədəni və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirildi,
aparılan abadlıq və quruculuq işlərindən bəhs edən film nümayiş olunub.
Yığıncaqda geniş məruzə ilə
çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən
2014-cü ildə rayonda aparılan geniş sosial-iqtisadi inkişafdan danışaraq,
görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
M.Quliyev bildirib ki, "Azərbaycan
Respublikasının Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü
və uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, 2014-cü ildə də ölkəmizin
təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuş,
qeyri-neft sektorumuz 7 faiz, əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır:
"Nazirlər Kabinetinin
iclasında bu barədə danışan cənab Prezident qeyd etmişdir: "Keçən il
Azərbaycanda "Sənaye ili” elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi
yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini
daimi iş yeridir.Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses
olmalıdır. Bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.İlin əvvəlindən
ölkə iqtisadiyyatına 27 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da
16 milyardını daxili sərmayə təşkil edir”.
Respublikamızın hər bir
bölgəsində olduğu kimi rayonumuzda da sosial-iqtisadi inkişaf sahəsində
aparılan işlər 2014-cü ildə də uğurla davam etdirilib. Belə ki,
ötən il ümumi məhsul buraxılışının həcmi 198.7 milyon manat olub.
Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 97.3 milyon,
ticarətdə 51.4 milyon, tikintidə 31.1 milyon, sənayedə 15.8 milyon,
nəqliyyatda 2.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə çoxdur. 2014-cü il ərzində əsas kapitala yönələn
investisiyalar 32.1 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə
151.8 milyon manat təşkil edib. Adambaşına düşən ümumi məhsul buraxılışının
həcmi 2041 manat, orta aylıq əməkhaqqı isə 281 manat olmuşdur. Hesabat
dövründə rayon üzrə əhalinin gəlirləri 270 milyon manat, adambaşına düşən
gəlirlərin həcmi isə 2670 manat olmuşdur.Əhalinin sosial rifah halının
yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 2014-cü ildə
154 fərdi ev tikilibdir.
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına uyğun olaraq
ötən il rayonda tikinti, abadlıq və quruculuq
sahəsində xeyli işlər görülmüş, bir sıra mühüm obyektlər qısa
müddətdə və yüksək keyfiyyətlə inşa edilmişdir. Hesabat dövründə 640
şağird yerlik Xırmandalı kənd 2 saylı , 450 şağird yerlik Aşağı Cürəli kənd,
220 şağird yerlik Amankənd kənd tam orta məktəbləri üçün yeni
binalar tikilmiş, 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbinin binası
isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bütün məktəblər yeni
inventarlarla və avadanlıqlarla təchiz olunmuşdur.
Şəhərin C.Cabbarlı
küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının
tikintiləri başa çatdırılmışdır. Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş
işlərin davamı olaraq yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi,
kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, yolkənarı
bordyurların düzülməsi, piyada səkilərinə üzlük plitələrin döşənməsi və müasir
üslublu işıqlandırma sisteminin quraşdırılması işləri başa çatdırılmışdır.
Həmin ərazidə 1,2 km uzunluğunda küçədə 15 100 kvm sahədə yeni
asfaltbeton örtük salınmışdır.
Şəhərin içməli su təchizatının
yenidən qurulması işləri başa çatdırılmış, kanalizasiya sisteminin tikintisi
işləri davam etdirilir.
Dövlət Sosial Müdafiə Fondunun
Biləsuvar rayon şöbəsinin inzibati binasının, Səmədabad
kəndində Heydər Əliyev parkının, Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar
rayon şöbəsinin inzibati binasının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının
əsaslı təmir işləri davam etdirilir.
Azərbaycan Respublikası
Prezidentinin 10 avqust 2013-cü il tarixli 3055 saylı Sərəncamı ilə 13
min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km
uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil
yolunun tikintisi başa çatdırılmışdır.Azərbaycan Respublikası
Prezidentinin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı Sərəncamı ilə 10 min
nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan
Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun torpaq yatağı, yol əsası, süni
suötürücü qurğuların tikintisi başa çatdırılmış, uzunluğu 81,0 metr, eni
15metr, 3 aşırımlı körpünün tikintisində son tamamlama işləri
aparılır.Ələt-Astara mağistral avtomobil yolunda yol təmir işləri aparılmış,
körpülər və yol zolaqlarında rəngləmə işləri aparılmışdır.
Ölkəmizdə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin inkişafına olan dövlət dəstəyi 2014-cü ildə də
uğurla həyat keçirilmişir. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə il
ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 sahibkarlıq
subyektinə 1.4 milyon manat kredit verilmişdir. 18 sentyabr 2014-cü il
tarixdə rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə "Sahibkarlığın
güzəştli kreditləşdirilməsi məsələləri” nə dair işgüzar forum keçirilmişdir.
Görülmüş işlər nəticəsində 2014-cü ildə rayonda 1445 yeni iş
yerləri açılmışdır.
Rayonda Dövlət Proqramından
irəli gələn tədbirlərin yerinə yetirilməsi sayəsində
aqrar bölmədə ümumi məhsul istehsalının həcmi artmış, məhsuldarlıq
yüksəlmiş və kənd təsərrüfatında çalışan insanların həyat səviyyəsi xeyli
yaxşılaşmışdır. Ölkə başçısının aqrar sahənin inkişafına, ərzaq
təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir ki,
məhz 2015-ci il respublikamızda "Kənd təsərrüfatı ili” elan edilmişdir.
Hesabat dövründə
aqrar sahədə ümumi məhsul istehsalının həcmi 97.3 milyon manat təşkil
etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 4 faiz
çoxdur.2014-cü ildə əkin sahələrinin 18,6 min hektarında yazlıq,
25,7 min hektarında isə payızlıq bitkilər əkilmişdir. Payızlıq bitkilərin
11 min hektarını buğda, 14,7 min hektarını arpa bitkisi təşkil etmişdir. Yazlıq
bitkilərin isə 4416 hektarını pambıq, 2640 hektarını tərəvəz, 1132
hektarını günəbaxan və digər bitkilər təşkil edir. Ötən il əkin
sahəsindən 28646 ton buğda, 34966 ton arpa məhsulu istehsal olunmuşdur.
2014-cü ildə rayonda
heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki,
iri buynuzlu mal-qaranın baş sayı 40,3 min başa, xırda buynuzlu mal-qaranın baş
sayı 138 min başa çatdırılmışdır. Biləsuvar rayonu heyvandarlıq məhsullarına
olan tələbatını tam ödəyir.
Bakı şəhəri
əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı
məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda
rayonun fermerləri də yaxından iştirak etmişlər.
2014-cü ildə rayonumuzda
ictimai-siyasi sabitliyin təmin olunmasına, təhsil, səhiyyə və mədəniyyət
sahələrinin inkişafına, gənclərlə aparılan ideya-siyasi tərbiyə işinin
yaxşılaşdırılmasına diqqət artırılmış və bu sahələrdə maddi-texniki
bazanın möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata
keçirilmişdir.
Ölkə Prezidenti cənab İlham
Əliyevin təhsil sisteminin maddi-texniki bazasının
möhkəmləndirilməsinə, təhsil ocaqlarının müasir tələblər səviyyəsində
qurulmasına göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, son illər
rayonumuzda 13 yeni məktəb binası tikilmiş, 6 məktəb yüksək
səviyyədə əsaslı təmir olunmuşdur.
Dövlət siyasətinin əsas
istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara
yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar
rayonundan da yan keçməmişdir. "Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən
qurulması ilə bağlı tədbirlər haqqında” möhtərəm Prezidentimizin sərəncamı
ilə Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və əsaslı
təmiri işlərini aparılır..Bundan əlavə son illərdə rayonun 6 kəndində
müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə
verilmişdir.
Biləsuvar rayon İcra
Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması işini Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurmuşdur.
Ötən il bu sahədə işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl
tədbirlər həyata keçirilmişdir. Yerlərdə keçirilən səyyar görüşlərdə
qaldırılan məsələlərin icrası istiqamətində operativlik artırılmış, daxil olan
ərizə və şikayətlərin vaxtında və qanunamüvafiq şəkildə icraları təmin edilmişdir.
Bundan əlavə rayon İcra hakimiyyətində quraşdırılmış və bütün kənd
inzibati ərazi dairəsi üzrə nümayəndəliklərini əhatə edən operativ
idarəetmə mərkəzləri vasitəsilə yerlərə operativ nəzarət
gücləndirilmişdir.Görülmüş işlər nəticəsində daxil olan ərizə və şikayətlər
əvvəlki illərlə müqayisədə azalmışdır.
Azərbaycan Respublikasının
Prezident İlham Əliyev cənabları ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus
inkişaf kursu ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrdən birinə
çevirmək məqsədilə uğurlu siyasət aparır. 2015-ci ildə də məhz həmin uğurların
davamı olaraq ölkəmizdə sosial-iqtisadi sahədə dinamik inkişaf davam
etdiriləcəkdir.Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı nitqində demişdir: "2014-cü
ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya
miqyasında ən gözəl göstəricilərdir. 2014-cü
ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin
qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar
bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili
də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik”.
Rayon İcra
Hakimiyyətinin Başçısı Mahir Quliyev məruzənin sonunda bildirib ki,
Biləsuvarlılar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının tapşırıq və tövsiyyələrini rəhbər tutaraq 2015-ci ili
layiqli nəticələrlə başa vurmaqdan ötrü daha böyük əzmlə çalışacaqlar.
Məruzə ətrаfındа
müzаkirələrdə Təhsli şöbəsinin müdiri Balaqardaş Kazımov, Suvarma Sistemlər
İdarəsinin rəisi Ədalət Babayev, Səhiyyə şöbəsinin müdiri Şamil Cəfərov,
Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar şəhər İcra
nümayəndəsi Qabil Xammədov, rayon Aqroservis idarəsinin müdiri İman Mehrəliyev.
"Biləsuvar Aqro” MMC-nin nümayəndəsi Vüqar Mirzəyev çıхış еdərək, 2014-cü ildə
görülmüş işlərdən dаnışdılаr, təklif və rəylərini söyləyiblər.
Аzərbаycаn
Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil
Əzənmədov çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən
inkişаfdаn, "Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət
Prоqrаmı"ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı
dаnışdı, sоnrа Biləsuvarın rеspublikаnın digər bölgələrin kimi dаhа dinаmik
inkişаf və tərəqqi еtdiyini diqqətə çаtdırdı, rayonda аpаrılаn tikinti,
quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrib.
Sonda
iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm
Əliyеvə müraciət ünvаnlаnıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi