Pensiyalarla bağlı şərtlər dəyişir-QƏRAR

img

17-02-2015 [15:44]


Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.

"Trend"-in məlumatına görə, komitənin iclasında "Uşaq hüquqları haqqında” və "Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Dəyişikliklərə əsasən, Azərbaycanda uşaq hüquqları və əmək pensiyalarına dair qanunvericilikdə vətəndaşlıqdan çıxma ilə bağlı şərtlər dəyişdirilir.

Dəyişiklilər ötən ilin yaz sessiyasında qəbul olunan "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlıdır.

Komitə sədri Hadi Rəcəbli bildirib ki, hər iki qanunun müvafiq maddələrində "vətəndaşlığından çıxması” sözləri "vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA