Ramil Usubov əmr verdi, yeni təyinatlar aparıldı - Siyahı

img

17-02-2015 [12:12]


Sabunçu Rayon Polis İdarəsinə (RPİ) yeni təyinatlar olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Şəki Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməliyyat işləri üzrə rəis müavini Şaiq Əliyev tutduğu vəzifədən azad edilərək Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

Bundan başqa, Şəki ŞRPŞ-nin istintaq bölməsinin rəisi Çingiz Osmanov Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi, Şəki ŞRPŞ-nin əməliyyatçısı Rəşad Rəcəbov isə Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, bir müddət əvvəl R. Usubovun əmri ilə Sabunçunun polis rəisi Cavanşir Babayev təqaüdə göndərilib. Onun yerinə Şəki RPŞ-nin rəisi Eldar İlyasov təyinat alıb(APA).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA