Bakıya giriş niyə bağlanır?- "Ekologiya postu"nda əməliyyat (VİDEO)

img

16-02-2015 [21:17]


Bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsi Xırdalan dairəsinə yaxınlığında yerləşən və "Ekologiya Postu" kimi tanınan postda əməliyyat keçirir. 

Hadisə şahidlərinin avtolent.az-a verdiyi məlumata görə, əməliyyatlar əsasən gecə saat 00.00-dan sonra başlayır və bir neçə saat davam edir. Əməliyyat zamanı Bakı şəhərinə daxil olan bütün avtomobillər bir-bir yoxlanılır. Bunun nəticəsində paytaxtın girişində böyük tıxac müşahidə edilir.

Yoxlamaların hansı məqsədlə aparıldığı isə açıqlanmır.

Baş Dövlət Yol Polisi İdarəsindən Ekologiya Postunda həyata keçirilən əməliyyat barədə şərh vermək istəməyiblər.

Hadisə şahidləri əməliyyat zamanı çəkilmiş video görüntüləri də avtolent.az-a təqdim ediblər:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA