İlham Əliyev daha bir Qanunu təsdiq etdi

img

16-02-2015 [20:13]


Bu gün Prezident İlham Əliyev daha bir Qanunu təsdiq edib.

"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə yeni Qanunda deyilir:

"Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin yeddinci abzasında "məcburi” sözü "icbari tibbi” sözləri ilə əvəz edilsin.

2. 11-ci maddənin ikinci hissəsində, 29-cu maddənin dördüncü hissəsində, 31-ci maddənin üçüncü hissəsində, 33-cü maddənin səkkizinci hissəsinin ikinci cümləsində, 38-ci maddənin ikinci hissəsində, 40-cı maddənin üçüncü hissəsində, 50-ci maddənin yeddinci hissəsində, 51-ci maddənin beşinci hissəsində, 52-ci maddənin ikinci hissəsində, 57-ci maddənin ikinci hissəsində və 58-ci maddənin ikinci hissəsində "qanunvericilikdə” sözü "qanunla” sözü ilə əvəz edilsin.

3. 13-cü maddədə "Respublikasının” sözündən sonra "sığorta” sözü əlavə edilsin.

4. 53-cü maddənin dördüncü hissəsində və 59-cu maddədə "qanunvericiliyə” sözü "qanuna” sözü ilə əvəz edilsin.

5. 56-cı maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

"Tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA