Heydər Əsədov icra başçısının qayınına vəzifə verdi - Təyinat

img

16-02-2015 [18:45]


Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.  

Məlumata əsasən, bununla əlaqədar Aqrar Elm Mərkəzində keçirilən tədbirdə nazir müavini Seyfəddin Talıbov seleksiyaçı alim Əsəd Musayevin aqrar elmə verdiyi töhfələrdən danışıb və onun elmi fəaliyyətini yüksək qiymətləndirib. 

Xatırladaq ki, Əsəd Musayev seleksiyaçı alim kimi uzun müddət rəhbərlik etdiyi doğma Elmi-Tədqiqat Əkinçilik İnstitutunda elmi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, nazirin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin Baş direktoru vəzifəsi müvəqqəti olaraq Rəsul Balayevə həvalə olunub(Qafqazinfo).

Mia.az xəbər verir ki, Rəsul Balayev İsmayıllının icra başçısı Mirdamət Sadıqovun yaxın qohumudur. Daha dəqiqi, onun həyat yoldaşının qardaşıdır.  

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA