Deputatın qudası ağacları qırdı - Camaat imdad diləyir - FOTOLAR

img

16-02-2015 [14:46]


Naxçıvani 4B mənzil 62 ünvanında yerləşən və binanın 1-ci mərtəbəsində olan mənzili satın alan işbazlar binanın arxitekturasını kobud şəkildə pozaraq, həmin mənzili dükan kimi istifadə etməyi planlaşdırırlar. Həmin mənzilin arxa tərəfində yerləşən və hələ 1994-cü ildə yerli sakinlər tərəfindən əkilmiş tut ağaclarını kəsdirən iş adamları izi itirmək üçün ağac köklərini daş plitələrlə gizlətməyə çalışıblar. Baxçada olan digər iki nar ağacını isə növbəti mərhələdə kəsdilər. Daha sonra yerli sakinlərin həmin ərazidə əkdiyi 15 ədəd şam ağacı da bir gecə içində kökündən çıxarıldı.

Əldə etdiyimiz məlumata görə, həmin mənzili satın alan deputat Elton Məmmədovun doğmaca qudasıdır və həmin mənzili mərmər dükanı kimi istifadə etməyi düşünür. Ağacların kütləvi kəsilməsinə və yaşayış sahəsində qeyri-qanuni tikinti işlərinin aparılmasına göz yumulması məqsədilə Binəqədi rayon İcra Hakimiyyətinin rəhbərliyinə 30 min manat xərac ödəyən iş adamlarına gözün üstündə qaşın var deyən yoxdur. Maraqlı cəhət ondan ibarətdir ki, bina sakinlərinin etirazına cavab olaraq, Elton Məmmədovun adamları "Nə prezident, prezident salmısız. Bizim rəhbərimiz Ziya Məmmədovun qardaşıdır. Vəssalam”deyərək, öz bildiklərini edirlər.

Görəsən, ağac terroruna və qanunsuz tikililərə göz yuman Binəqədi İcra Hakimiyyəti ölkə başçısının müvafiq sərəncamlarını niyə qulaqardına vurur və bununla da "Təmiz Binəqədi”ni ökənin ən çox şikayət olunan rayonuna çevirməkdədir. 

AZİNFORM.AZ

agac14

agac15

agac16

agac17


agac4

agac5

agac6



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA