Qarabağla bağlı yeni plan - nazir açıqladı

img

16-02-2015 [14:01]


"Həmsədrlər də Madrid prinsipləri ilə razıdırlar. Fikrimcə, artıq sülh sazişinin mətninin üzərində işləməyə başlamalıyıq”

Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

Nazir həmsədrlərin hər dəfə atəşkəsin pozulduğunu bəyan etməsini xatırladıb və bildirib ki, bu bəyanatlar düzgün deyil: "Cəbhə xəttində bu cür proseslər gedir və bu normaldır, çünki bizim torpaqlar işğal altındadır. Erməni əsgərləri Kəlbəcərdə, Laçında, Ağdamda olmamalıdır”.

Nazir qeyd edib ki, ermənilər ordunu geri çəksələr, cəbhə xəttində atəşkəs pozulmaz.

Azərbaycanlı girovlarla bağlı da danışan nazir qeyd edib ki, bu məlumatlar Ermənistan prezidentinin masasına da qoyulur. Onun sözlərinə görə, Ermənistan tərəfi vəziyyətin fərqindədir və qısa zamanda girovları qaytarmalıdır(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA