16-02-2015 [13:54]
Rusiyada soydaşlarımızın tanınmış təşkilatlarından sayılan "AzərRos”da baş verən qalmaqallar günü gündən ortaya yeni mənzərə çıxarır. Belə ki, təşkilatda Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov və tərəfdarları ilə hazırkı rəhbərlik üz-üzə dayanıblar.
Vəziyyət o həddə çatıb ki, Abbas Abbasov artıq açıq şəkildə nüfuzlu soydaşlarımızla, həmçinin Azərbaycanın Rusiyadakı səfirliyinə qarşı da kəskin mövqe sərgiləməyə başlayıb. Bu isə soydaşlarımız tərəfindən normal qəbul olunmur. Elə bir neçə ay bundan əvvələ qədər Abbas Abbasovla yeni sırada addımlayan təşkilatın fəxri prezidenti Söyün Sadıqovun da atdığı addımlar belə düşünməyə əsas verir. Hazırda o, Abbas Abbasovun hərəkətlərinə nəinki dəstək verir, hətta ona qarşı açıq şəkildə çıxır.
Mia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, Söyün Sadıqov Abbas Abbasovun son əməllərindən, xüsusiylə onun nüfuzlu soydaşlarımızın biznes
fəaliyyəti ilə bağlı Rusiya hüquq-mühafizə orqanlarına şikayətlər etməsi və
nəzarətindək mediada yazdırılan təhqirlərdəm həddən artıq narazıdır. Hətta bunlara görə Azərbaycan tərəfinin israrına rəğmən, Abbas Abbasov və onun tərəfdarları ilə barışmaq niyyətində olmadığını hər addım da göstərir. Lakin təşkilatın fəalları onu sakitləşdirərək, Abbas Abbasovun tərəfdarlarına son dəfə şans verməyi məqbul sayıblar. Elə bir neçə gün əvvəl onun Rusiya mediasında yayımlanan müraciəti də, Abbasovun tərəfdarına son çağırışdır.
Qeyd edək ki, Söyün Sadıxov Rusiya mətbuatında təşkilatın üzvlərinə, bütün ictimai təşkilatlarının rəhbərlərinə müraciətində yanvarın 17-də Moskvada keçirilmiş müşavirədən söz açıb. O, martın 6-dək birgə fəaliyyət üçün son mesajını verib. Müraciətdə martın 6-da qurultayın keçirilməsi tarixinin xatırlanması isə Abbas Abbasova verilmiş son şans sayıla bilər.
Söyün Sadıqov bu tarixə qədər gərginliyin
dayandırılmasını və AzərRosun keçmiş rəhbərliyi və yeni prezidentin
seçilməsinin tərəfdaşları bir masa arxasına əyləşərək, mövcud problemlərin
həlli istiqamətində fikir mübadiləsi aparacaqlarına inamını dilə gətirsə də,
bunun nəticə verməyəcəyini də dolayısı ilə etiraf edib:
«Hamınız bilirsiniz ki, mən FNK AzərRosa 12 il
rəhbərlik etmişəm və bu müddət ərzində biz daima qarşılaşdığımız anlaşılmazlıqların
və çətinliklərin öhdəsindən gəlmişik. Bizim təşkilatımızda daima demokratiya
abuhavası mövcud olub. Siz, əziz həmvətənlərim öz fikirlərinizi azad ifadə
etmək hüququna malik olmusunuz. Lakin son iki il ərzində bu ali işin davam
etdirilməsi əvəzinə, AzərRos rəhbərliyi ən fəal etirazçılara qarşı onların
sahibkarlıq fəaliyyətlərinin hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması
məqsədi ilə polisə ərizələr veriblər. Bu gün AzərRosun internet səhifəsinə
nəzər salanda görürük ki, 2000-ci ildə Rusiya azərbaycanlılarının mədəni
həyatını, tarixini, adət və ənənələrini işıqlandırmaq məqsədi ilə yaradılmış
internet mənbəsi (http://fnkaa.ru) artıq AzərRosun işinə qarşı çıxan fəallar
barədə qərəzli və kirli məqalələrin yayımlanması məqsədi ilə istifadə olunur.
Bu yaxınlarda hətta Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu və onun
müavini Qüdsi Osmanova qarşı qərəzli məqalələr dərc olunmuşdur. Bu növ nəşrlər
nəinki Rusiyadakı azərbaycanlı icmasına, o cümlədən Rusiya ilə Azərbaycan
arasındakı siyasi əlaqələrə ciddi xələl yetirir.
Mən bu gün AzərRosda bütün baş verənləri dərin
kədər və urək ağrısı ilə izləyirəm, bizlərin bərabər əməyi ilə yaradılmış qurum
dağıdılır. Bu vəziyyətdə mən susa bilmərəm. Narazılığın və qarşıdurmanın
öhdəsindən gəlmək üçün etdiyim bütün çabalara rəğmən bəzi insanlar öz məkirli
məqsədlərini güdməyə davam edir və bizim təşkilatımızı dərindən sarsıtmaq
fikrindən əl çəkmir. Azlıq təşkil etmələrinə baxmayaraq, məhz bu şəxslər bizim
sıralarımıza ayrı-seçkilik salırlar».
Sonda S.Sadıqov daha sonra Abbaas Abbasovun təsirinə
düşənTver və Moskvadakı təşkilatlar, AzərRosun Federal Şurasının bəzi üzvləri
tərəfindən 20 fevral tarixində keçiriləcək "müşavirə”nin AzərRosun Nizamnaməsi
və Rusiya qanunvericiliyinə zidd olduğunu bildirib:
«Gözlərinizi açın, Sizi hara itələdiklərinə baxın,
təxribatlara yol verməyin və Azərbaycan icmasının maraqlarından uzaq olan bir
yığın insanın dəvət etdiyi 20 fevral "müşavirə”sində iştirak etməyin».
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi