16-02-2015 [13:45]
Ötən həftə Prezident İlham Əliyevin icra başçıları və iri ranqlı məmərlara korrupsiya və vətəndaşlarla diqqətli davranışla bağlı sərt xəbərdarlığı hakim dairələri real adımlar atmağa sövq edib.
Mia.az «Reytinq» qəzetinin son sayında dərc olunan məqaləyə istinadən
xəbər verir ki, bir neçə gün əvvəl Prezident Administrasiyasının Sənədlərlə və
vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü
ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində
qaldırılan məsələlərlə bağlı görülmüş işlər barədə geniş təhlil yazısında qeyd olunanlar da təsadüfi deyil:
«Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov
yazısının əvvəlində Prezident İlham Əliyevin son müşavirədə səsləndirdiyi xəbərdarlığını dəqiq analiz etməsi də, yuxarıdakı fikiri təsdiq edir. Bununla bərabər, PA rəsmisi vətəndaşların qəbul məsələsinə toxunub, orada qaldırılan məsələlər və edilən şikayətlərin statistikasını açıqlayaıb. Bu statistika isə bir sıra icra başçıları üçün ciddi «siqnal» sayıla bilər».
Müsahibimiz
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş
şöbəsi tərəfindən mərkəzi icra hakimiyyəti və hüquq mühafizə-orqanları nümayəndələrinin iştirakı ilə
müxtəlif rayon icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti
orqanlarının yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması və
sənədlərlə işin təşkili vəziyyətinin yoxlanılıb.
Araşdırmalar göstərib ki, bu rayonların sakinlərindən daxil olan şikayətlərin əsas səbəbi müvafiq normativ hüquqi aktların tələblərinin yerli icra hakimiyyəti orqanları tərəfindən tam yerinə yetirilməməsi ilə bağlıdır. İcra hakimiyyəti başçılarının aparatları və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının bir çoxu həmin aktların tələblərinə lazımınca riayət etmirlər. Buna görə də sənədlərin dövriyyəsi və vətəndaş müraciətlərinə baxılması işi ardıcıl qurulmamış, vahid nəzarət sistemi yaradılmamış, nəzarət qaydasında baxılan müraciətlərin icrasına dair geniş və hərtərəfli təhlillərin aparılması təşkil edilməyib.
Bəzən vətəndaşların müraciətlərinə bilavasitə onların iştirakı ilə baxılmır, ayrı-ayrı hallarda müraciətlər baxılmaq üçün şikayət edilən vəzifəli şəxslərə göndərilir və onların hazırladıqları cavablar əsasında işə alınır. Bəzi yerlərdə vətəndaşların müraciətlərinə baxılmasında, onların qəbulunda formalizmə yol verilir, vətəndaşlarla keçirilən hər bir görüşdən yerli problemlərin həlli üçün səmərəli istifadə olunmur. Rəsmi səviyyədə bu faktları elan edən Süleyman İsmayılov, eyni zamanda, daha çox şikayət olunan icra başçıları haqqında da məlumat verib. Aydın olub ki, Bakı şəhərinin Xəzər rayonunu, Lənkəran, Naftalan, Yevlax, Ağcabədi, Ağstafa, Astara, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Xocalı, Kəlbəcər, Laçın, Lerik, Şuşa, Zəngilan, Zərdab və digər şəhər və rayonlarda şikayətlər xeyli yüksəlib. Həm bu, həm də İlham Əliyevin son xəbərdarlığını nəzərə alsaq, deyə bilərik ki, bu siyahıda adları çəkilən icra başçılarının bəzilərinin yaxın aylarda dəyişdirilməsi gündəmə gətirilə bilər».
Müsahibimiz deyir ki, bu dəfə təyinatlar zamanı isə icra başçılarının yerdəyişməsi halına az rast gəlinəcək: «Məncə, bu dəfəki dəyişikliklərdə xeyli icra başçısı işsiz qalacaq. Hətta «vurulan» icra başçılarının fəaliyyətinin yoxlanılacağı da istisna deyil».
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi