"Süni mayalanma ola bilməz" - Ədliyyə Nazirlirində rəsmi reaksiya

img

16-02-2015 [13:04]


Son günlər Azərbaycan mətbuatının gündəmindən düşməyən məhkum Lamiyə Quliyeva ötən gün ANS tv-yə verdiyi müsahibədə həbsxanada dünyaya gətirdiyi uşaqdan söz açıb. O, uşağının atasının məhkum Rəsulov Elnur Məmmədrəsul oğlu olduğunu təsdiqləyib. L.Quliyeva uşağı süni mayalanma ilə dünyaya gətirməsi haqda deyilənləri təkzib edib.

Mənəvi ata Elnur Rəsulov isə Lamiyə Quliyeva ilə heç vaxt canlı görüşmədiyini söyləyib. Bildirib Lamiyə Quliyevanın xahişi ilə toxumlarını ona göndərib. Nəticədə Lamiyə Quliyeva süni mayalanama yolu ilə övlad sahibi olub.

Bu fikirlərin hansının doğru, hansının yalnış olduğunu dəqiqləşdirmək üçün Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əlaqə saxladıq.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Müalicə işinin təşkili idarəsinin rəisi – baş idarə rəisinin müavini, İftixar Qurbanov AzVision.az-a açıqlamasında bildirib ki, süni mayalanmanın baş tutması üçün onlara heç bir məhkum müraciət etməyib:

"Həbsxana mühitində süni mayalanma deyilən bir əməliyyat yoxdur. Süni maylanmanın həyata keçirilməsi ilə bağlı bizə indiyə qədər heç bir məhkum müraciət etməyib. Biz məhkumların sağlamlığının bərpası ilə məğul oluruq. Məhkumların sağlamlıq məsələləri daimi nəzarətimizdədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA