16-02-2015 [12:33]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil müəssisələrinin rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Abituriyent” jurnalının 2014-cü ildəki 12-ci sayında dərc olunmuş "2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili”ni geniş şərh edib.
TQDK-nın qəbul imtahanlarının nəticələri əsasında hazırladığı təhlil əsasında abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısı müəyyənləşdirilib.
Modern.az saytı həmin siyahını təqdim edir:
№ | Ali təhsil müəssisəsi | Qəbulda orta bal |
1 | Bakı Ali Neft Məktəbi | 668.017 |
2 | Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | 601.554 |
3 | "ADA” Universiteti | 591.349 |
4 | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası | 578.450 |
5 | Azərbaycan Tibb Universiteti | 569.456 |
6 | Azərbaycan Dövlət Neft Akademiyası | 452.058 |
7 | Azərbaycan Dillər Universiteti | 433.060 |
8 | Bakı Dövlət Universiteti | 426.839 |
9 | "Qafqaz” Universiteti | 403.329 |
10 | Naxçıvan Dövlət Universiteti | 398.173 |
Siyahıdan göründüyü kimi, Bakı Ali Neft Məktəbi 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. Belə ki, 1-ci qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin 24.69% Bakı Ali Neft Məktəbinə daxil olub.
Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, orta bal 657.327, "Neft-qaz mühəndisliyi” ixtisası üzrə müvafiq olaraq 660 və 671.880, "Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisası üzrə isə 673 və 684.550 olub.
Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi” (660) və "Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.
Bakı Ali Neft Məktəbi üzrə Dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81.39) yüksək olub.
Sadalananlar Bakı Ali Neft Məktəbinin abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğunu göstərir. Bu isə, Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının ən müasir proqramlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirilməsi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, tədris prosesinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması ilə bağlıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi