Şagirdi şlanqla döyən müəllim işdən qovuldu

img

16-02-2015 [12:33]


Bakının Sabunçu rayonunun 90 saylı orta məktəbində müəllim 7-ci sinif şagirdi Orxan Həsənovu şlanq ilə döyüb. Bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov şagirdi xəstəxanalıq edib. Orxan Həsənovun valideynlərinin mətbuata verdiyi məlumata görə, müəllim onu maşınına tüpürdüyünə görə sinif otağına salıb, qapını arxadan bağlayıb və şlanq ilə döyüb. Uşaq xəstəxanaya aparılıb, müvafiq qurumlara da məlumat verilib. Məktəbin direktoru Qurbantac Qazıbəyova Publika.az-a açıqlamasında hadisənin xoşagəlməz hal olduğunu və müəllimin müvəqqəti olaraq məktəbdən uzaqlaşdırıldığını bildirib: "Hadisə fevralın 10-da baş verib. Həmin gün məktəbdə olmuşam. Şagirdin otağa salınıb döyülməsi doğru deyil. Amma səbəb barədə dəqiq məlumatım yoxdur, araşdırma aparılır. Belə bir xoşagəlməz hadisənin baş verməsi çox pisdir. Bu hal ilk dəfədir baş verib, həmin müəllimlə bağlı əvvəllər heç bir problem olmayıb. İstintaq yekunlaşana qədər müəllim məktəbdən uzaqlaşdırılıb. Elə bir insanın müəllim işləməsi düzgün deyil, o məktəblik deyil”. Qeyd edək ki, bu barədə ilk dəfə "Azadlıq” radiosu məlumat yayıb. - See more at: http://teleqraf.com/news/43985#sthash.ntHQmbsw.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA