Cavid Qurbanov işçilərə istefa ərizəsi yazdırdı

img

16-02-2015 [12:26]


"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Cavid Qurbanov ciddi kadr dəyişikliyinə hazırlaşır.

QSC-dəki mənbədən AzVision.az-a verilən məlumata görə, Qurbanov qurumun bir neçə şöbə müdirinə, idarə rəislərinə işdən çıxarılmaları ilə bağlı ərizə yazdırıb.

Ərizədə işdən çıxarılma vaxtı qeyd olunmayıb. Bildirilib ki, yaxın günlərdə ciddi dəyişikliklər olacaq. C.Qurbanov indiyədək fəaliyyətində nöqsanlara yol verən işçiləri qurumdan kənarlaşdıracaq. Yeni sədr kollektivə ciddi tapşırıqlar verərək nöqsana yol verən işçiləri cəzalandıracağını qeyd edib.

Mənbənin bildirdiyinə görə, artıq QSC-nin maliyyə şöbəsinin rəisinin işdən çıxarılması dəqiqləşib.

Məlumatı dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, sabah QSC-də kollegiya iclası keçiriləcək:

"O zaman hər şey məlum olacaq. Belə, hələ ki, heç bir məlumat yoxdur. Sabah kollegiya iclasından sonra kimin işdə qalacağı, kimin çıxacağı məlum olacaq. İclas daxili olduğundan mətbuat üçün kollegiya iclasının nəticələri barədə ayrıca konfrans keçiriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA