Xaləddin İsgəndərov bazar yeri aldı, bina tikdirəcək

img

15-02-2015 [23:28]


Binəqədi rayonu, 7-ci mikrarayon ərazisində yerləşən Bolluq bazarının söküntüsü başa çatıb.
 
Məşhur bazarın yerində göydələnlər kompleksi tikiləcək. Bildirək ki, bir müddət öncə bazarın söküntüsünə səbəb kimi ərazidə natəmizlik və antisanitariya hökm sürdüyü göstərilsə də, indi məramın tam başqa olduğu aydın olub.

Bazar söküldükdən sonra ərazinin abadlaşdırılması, yolların genişləndiriləcəyi deyilirdi. Lakin verilən vədlərə əməl olunmayıb. Hazırda bazarın olduğu yerdə 8 bloklu, 19 mərtəbəli iri yaşayış kompleksinin tikintisi planlaşdırılır. Əldə etdiyimiz məlumata görə, tikinti işləri rayonun icra başçısı Xaləddin İsgəndərova məxsus tikinti şirkəti tərəfindən aparılacaq(Tia.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA