3-cü qrup Qarabağ əlili məmurlardan şikayətlənir - Səlim Müslümova şikayət

img

15-02-2015 [22:50]


Mia.az-a Əmək və Əhalinin Sosial  Müdafiəsi  naziri  Səlim Müslümova ünvanlanmış şikayət məktubu daxil olub.

Həmin şikayət məktubunu olduğu kimi, oxucuların diqqətinə çatdırırıq:

"Cənab nazir,  mən,   Səmədov  Ramil  Kamil  oğlu 1996-cı il  oktyabr  ayının 6-da Tovuz  rayon   hərbi  komisarlığından  hərbi  xidmətə  çağırılmışam.  Hərbi  xidmətimi  Fizuli  rayonunda  N-saylı  hərbi  hissə  keçirmişəm.  Hərbi  xidmət  zamanı  qış  ayı ön  cəbhədə gecə  növbəsində  olarkən ayaqlarımı don  vurdu.
 
Don   vurmadan  Fizuli  rayonunun  Əhmədbəyli  kəndində  25  gün   müalicə  aldıqdan sonra  Bakıya mərkəzi  hərbi  xəstəxanaya  göndərildim. Həmin  xəstəxanada  10  gün müalicə  aldıqdan   sonra  sol  ayağımın bütün  barmaqlarını  pəncə  qarışıq,  sağ  ayağımın baş  barmağını  kəsdilər.

Bu  səbəbdən   xərbi  xidmətə  yararsız  olduğum  üçün  məni  hərbi  xidmətdən  azad  etdilər. Mənə  hərbi  xəstəxanada   dedilər  ki,  sənin  sənədlərini  aidiyyəti  qurumlara  göndərəcəyik,   sən  sosial  müavinət  alacaqsan.

Bir  müddət  sənədlərimin  gəlməsini  gözlədim,  sənədlərim  gəlmədi.  1999-cu   ildə Bakı  mərkəzi  hərbi  xəstəxanaya   müraciət  edərək  sənədlərimi  aldım.   Sənədlərimi əlillik  dərəcəsi  almaq üçün  həmin  tarixdə Tovuz  rayonunun 28  saylı   tibbi sosial  ekspert  komisiyasına  təqdim  etdim. Uzun  süründürməçilikdən,  get-gəldən  sonra  (rüşvət  vermədiyim  üçün) mənə  3-cü  dərəcəli  əlillik  verdilər.

 Mən  etirazımı  bildirərək Tovuz   28-saylı tibbi ekspert  komisiyasına iş  qabiliyyətimi  itirdiyimi,  yeriyəndə  çətinlik  çəkdiyimi,  bir  müddət  ayaq  üstə  durduqdan  sonra  məcburiyyətdən  ya  oturmalı  ya da ki uzanmalı  olduğumu  bildirdim.  Onlar da  mənə  söz  verdilər  ki, növbəti   ildə  sənə  2-ci   dərəcəli  əlillik  verəcəyik.  16-ildir  ki,  bürokratik  əngəllər, məmur  özbaşnalığı,   rüşvət  vermək  imkanım  olmadığı  üçün  2-ci  dərəcəli əlillik  ala  bilmirəm.

 Sonuncu  dəfə  11   fevral  2015-ci  il  tarixdə  Bakidan gəlmiş  nümayəndənin  də  iştirakı  ilə Tovuz 28-saylı  tibbi  sosial  ekspert  komisiyası  mənə  2-ci  dərəcəli əlillik  verməkdən imtina  etdilər. Səbəbi  isə  mənə  sonradan  məlum  olub. Onlar  məndən  "rüşvət”  yox  "hörmət”  gözləyirlərmiş.  Axı   indi  rüşətin  adını   dəyişdirib  "hörmət”  qoyublar.
 
CƏNAB   NAZİR !   Mən  iş   qabiliyyətimi   bütövluklə  itirmişəm. Hal-hazırda  müalicəyə  böyük  ehtiyacım  var. Ayaqlarım  şişir.  Kəsilən  yerlərdə  iltibahlar  müşahidə edilir. Qış  aylarında  çölə  çıxa bilmirəm,  yeriməkdə  çətinlik  çəkirəm.  İmkansızlıqdan  müalicə  ala  bilmirəm. Ailəliyəm,  ailədə  5-nəfərik,  3  uşağımiz  var, uşaqlarımın  biri  də  epilepsiya  xəstəsidir.  Onun  da  müalicəyə  böyük  ehtiyacı  var.  Mən  iş  qabiliyyətimi   itirdiyim üçün  heç  yerdə  işləyib pul  qazana  bilmirəm. Ailə  vəziyyətimiz  çox  çətindir.  Maddi durumumuz  imkan  vermir  ki, mən  və uşağım  müalicə  alaq. 
CƏNAB  NAZİR!  Sizin  televiziyalarda,  yazılı  mətbuatda,  xəbər  saytlarındakı  çıxışlarınızda verdiyiniz  tapşırıq  və  tövsiyyələrə  yerli  məmurlar  əməl  etmirlər.  Mənim  kimi  onlarla  insanlar  o  məmurların  acgözlüyü,  rüşvətxorluğu   nəticəsində əlillik  dərəcələri  ala  bilmirlər.  Bunun  da  nəticəsində  narazı vətəndaçlar  sizin  nazirlikdən,  dövlətdən  narazı düşürlər.
 
CƏNAB  NAZİR! Bu  müraciətimi  sizə  ünvanlayaraq   mənim  2-ci  dərəcəli   əlillik  almam  üçün  aidiyyəti   qurumlara  tapşırıq  vermənizi  və  nəzarətdə  saxlamanızı  xahiş edirəm”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA