Yol polisi ilə dalaşan sürücü özünü bıçaqladı - Bakıda

img

15-02-2015 [12:23]


Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsi 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Binəqədi sakini, 1993-cü il təvəllüdlü Ramazanzadə Faiq Rövşən oğlunun idarə etdiyi "İnfiniti” markalı avtomobili saxlayıblar. Yol polisi sürücüyə qayda pozuntusu ilə bağlı məlumat verib və avtomobili cərimə meydançasına aparmağa çalışıb. Bununla razılaşmayan 22 yaşlı oğlan bıçaqla qoluna zərbələr endirib. F.Ramazanzadəyə tibbi yardım göstərilib.

Faktla bağlı zəruri araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA