Prezident Administrasiyası dələduzların siyahısını açıqladı - SİYAHI

img

15-02-2015 [01:08]


Paytaxtda dələduz tikinti şirkətlərinin siyahısı açıqlanıb. 
 
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAc-da dərc olunmuş geniş həcmli məqaləsində firmaların adları yer alıb.  

Onların sırasında "İnşaatçı-GM”, "Qolden”, "Azərtikinti ATF”, "İdeal-İnşaat”, "Şahbulaq”, "Abşeron-1”, "A.E.K”, "Xəmsə İnşaat”, "Qaraçay”, "Bios”, "Bəyaz”, "Dərəçiçək”, "Meqa-siti Holdinq”, "Elita-R”, "Gənc”, "R+R”, "Birlik inşaat”, "Ulduz” firmalarının adları qeyd olunub.   Həmçinin, İctimai Televiziyanın keçmiş rəhbəri İsmayıl Ömərovun qardaşı oğluna məxsus "FOLKLOR”, müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu "Ələsgəroğlu” firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb. Habelə, "ABC”, "Fuad LTD”, "Kamran”, "Safari-N”, "Yeni Yasamal”, "Effekt İnşaat”, " "AENT-E”, "HAYAN-E”, "Klass Azko”, "Badu Kubə”, "Olimpus-AZ”, "Cənnət”, "Xəmsə” və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq olduğu bildirilir.  Müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilir(axar.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA