14-02-2015 [21:01]
Bəzi dövlət qurumlarının sahibkarların fəaliyyətinə süni maneələrin yaratması adi hala çevrilib. Ölkə başçısı dəfələrlə sahibkarlara əlavə problemlərin yaradılmaması ilə bağlı xəbərdarlıqlar etsə də, bəzi yüksək çinli məmurlar geri çəkilmək istəmirlər.
Belə ki, "Azəryolservis"in yeni rəhbəri Saleh Məmmədov vəzifə başına keçər-keçməz sahibkarlara qarşı hücuma keçib. Belə ki, Abşeron rayonu ərazisində Sulutəpə-Hökməli-Müşviqabaq qəsəbəsi istiqamətində yol kənarında fəaliyyət göstərən sahibkarlıq obyektlərinə qarşı yeni problemlər yaradılıb. "Azəryolservis"in əməkdaşlırı obyektlərə giriş qapılarını qazaraq, obyektə girişi məqsdəli şəkildə qapadıblar.
Bu barədə Mia.az-a problemlə üzləşən sahibkarlardan biri, «Klassik Aİ» MMM-in icraçı direktoru Vidadi Babaşov məlumat verib. Onun sözlərinə görə, "Azəryolservis"in, daha dəqiqi, bu ASC-nin tabeliyində olan «Yolların Mühafizəsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq, 14 ildir müəssisənin istifadə etdiyi giriş qapılarına gedən yolu qazaraq, həm girişi keçilməz edib, həm də yolu bərbad hala salıblar: «Səbəbini soruşanda dedilər ki, rəhbərlik tapşırıb, biz də qazırıq, gedin rəhbərliklə danışın. Son illər Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı və iş adamlarına ayrı-ayrı dövlət qurumları tərəfindən yaradılan "süni əngəllərin" aradan qaldırılması məqsədilə imzaladığı fərman və sərancamları ölkə iqtisadiyyatının inkişaf etdirilməsinə və biznes mühitinin yaxşılaşdırılmasına xidmət etməkdədir. Ancaq bu gün "Azəryolservis" həm bizim işimizə əngəl törədir, həm də cənab prezident tapşırıqlarının əleyhinə gedirlər. Yolların Mühafizəsi Xidməti”ndən bizə "Bakı-Şamaxı yoluna daxil olmaq istəyirsinizsə, "rüsum”u ödəyin ki, sizə "texniki baxış” verək və yolunuzu açaq” deyirlər.
Vaxtilə baxımsız vəziyyətdə olan bu ərazilər, yol kənarları yerli icra orqanları, bələdiyyələr və sahibkarların birgə əməkdaşlığı nəticəsində abadlaşdırılır. Ölkə başçısını sərəncamına əsasən hər yerdə abadlıq işləri gedib.
Bir müəssisə olaraq, biz də əlmizdən gələni edirik, töhfə veririk. Ancaq "Azəryolservis" qeyri-qanuni olaraq, yolumuzu bağlayır. Bununla bağlı «Klassik Aİ» MMM-in baş direktoru nəqliyyt naziri Ziya Məmmədova və «Azəryolservis»in sədri Saleh Məmmədova müraciət edib, amma hələ də hər hansı bir tədbir görülməyib».
İcraçı direktor deyib ki, ofis və iş yerlərinin tikintisi zamanı bütün texniki şərtlərin və sənədlərin qaydasında olmasına baxmayaraq, yersiz müdaxilələr onlara işləməyə imkan vermir. Onun sözlərinə görə, əgər yeni obyekt olsa, tikinti işləri aparılsa, bəlkə də "Azəryolservis"in idialırınə qəbul eləmək olar: «Biz 14 ildir ki, fəaliyyət göstəririk. Bu günə kimi sahibkarlıq fəaliyyətindən əlavə də abadlaşma, müəssisənin ətrafının təmizlənməsi, yaşıllaşdırılması üçün də nə lazımdırsa etmişik. Amma bizim yolumuzu bağlayırlar, iş ondadır ki, "Azəryolservis" əməkdaşlırı giriş-çıxışı qazarkən su və kanalizasiya xətlərini də sıradan çıxıblar. Hazırda bir neçə gündür ki, müəssisədə sular gəlmir».
Həmin ərazidə anoloji problemlə üzləşən başqa sahibkarlar da narazılıqlarını bildirirlər.
Şikayətçilər qeyd edirlər ki, "Azəryolservis"in yeni müvəqqəti təyin olunmuş müdiri Saleh Məmmədovun adından istifadə edən qurum işçiləri bu göstərişin yeni sədr tərəfindən verildiyini deməkdən də çəkinmirlər. Bu səbəbdən də sahibkarlar ölkə başçısından kömək istəyirlər.
Mia.az



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi