Cavid Qurbanov iməcliyə başladı

img

14-02-2015 [17:24]


Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Cavid Qurbanovun təşəbbüsü ilə dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından çirkləndirilməsinin qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.

QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, uzun illər keçirilən reydlər zamanı müşahidə olunan yarıtmaz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunsa da vəziyyət demək olar ki, yarıtmaz olaraq qalır.

Bu gün dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi üçün Cəmiyyətin İnfrastruktur, Yük və Sərnişin daşımaları departamentlərinin müvafiq kollektivlərinin iştirakı ilə iməcilik keçirilir.

İməcilik zamanı Bakı və Biləcəri qovşaqlarında, Abşeron şəhərətrafı zonada və Sumqayıt stansiyası ərazilərində (təxminən 100 km-lik ərazidə) dəmir yolunun sanitariya-mühafizə zonası məişət tullantılarından təmizlənməsi həyata keçirilir.

Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur ("Trend")

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA