Bakıda hava kəskin dəyişəcək, qar yağacaq

img

14-02-2015 [13:48]


Azərbaycanda gələn həftə üçün hava haqqında ilkin xəbərdarlıq olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, fevralın 17-dən ayın ikinci ongünlüyünün sonunadək ölkə ərazisində və Bakıda hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək.
"Bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq", - G.Məmmədova vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA