Xocalı soyqırımının qurbanları dünyanın hər yerində anılacaq!

img

14-02-2015 [13:18]


"Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və "Yeni Yurd”Sosial İnkişaf ictimai birliyi "Xocalı Soyqırımının 23-cü ildönümünün qeyd olunması ilə bağlı birgə məlumat yayımlayıb.

Mia.az xəbər verir ki, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın rəh­bə­ri, aka­de­mik Ra­miz Meh­di­yevin 1 fevral 2015-ci il tarixdə təstiq etdiyi  Xo­ca­lı soy­qı­rı­mı­nın iyir­mi üçün­cü il­dö­nü­mü­nün ke­çi­ril­mə­si­nə da­ir təd­bir­lər Pla­nı"nına uyğun olaraq, "Xocalı Soyqırımı” qurbanları dünyanın əksər dövlətlərində qeyd olunacaq. 

"Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, "Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin İcraçı direktoru, "Ana harayı”qəzetinin baş redaktoru, "Tərəqqi”medalının mükafatçısı Şamil Sabiroğludan aldığımız məlumata görə, fevralın 16-dan ehtibarən hər iki təşkilat "Xocalı Soyqırımı”nın 23-cü ildönümü ilə bağlı tədbirlərə start verib. Belə ki, fevralın 16-da saat 13-00-da "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Şəki şəhər 12 saylı tam orta məktəbində, fevralın 18-də Abşeron rayonundakı 5saylı tam orta məktəbdə, fevralın 19-u saat 14-00-da Sumqayıt Dövlət Texniki Kollecində, fevralın 20-i saat 12-00-da "Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi və Xətai rayonundakı şəhid Ayaz Məhərrəmov adına tam orta məktəbin pedaqoji kollektivilə birgə bu təhsil ocağında anım mərasimləri keçiriləcək. "Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Abşeron rayon şöbəsinin və "Qafqaz” universitetinin birgə təşkilatçılığı ilə həmin gün saat 14-00-da soyqırım qurbanları bu ali təhsil ocağında da anılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA