Zakir Həsənov tapşırıq verdi, attaşelər toplandı - FOTOLAR

img

13-02-2015 [20:10]


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarət zamanı tədris müəssisələri barədə brifinqlər verilib və müəssisələrin maddi-tədris bazaları ilə tanışlıq həyata keçirilib.

14 dövləti təmsil edən hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkili ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA