Bərdədə şəhid Hafiz Zeynalovla bağlı tədbir - FOTOLAR

img

13-02-2015 [19:58]


Bu gün Bərdə rayon Gənclər və İdman idarəsi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi və şəhid Hafiz Zeynalov adına Gərənə kənd tam orta məktəbinin kollektivinin birgə təşkilatçılığı ilə şəhidin doğum günü qeyd olunub.

Bərdədən Mia.az-a verilən məlumata görə, ilk öncə məktəbin müəllimləri, şagirdləri və qonaqlar rayonun Şəhidlər Xiyabanına ziyarət edərək, mərhumun qəbrinə əklil və gül dəstələri qoyublar. Şəhidin ruhuna dualar oxunduqdan sonra onun ata evi ziyarət olunub, ailəsinə sovqat verilib.

Məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Teymur Həmidov şəhid Hafiz Zeynalovun keçdiyi qısa, lakin şərəfli həyat yolundan geniş danışıb.

Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov Hafiz Zeynalovun göstərdiyi şücaətin hər bir gənc üçün örnək olduğundan bildirib.

Rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Etibar Hüseynov, məktəbin müəllimləri və şəhidin ailə üzvləri də tədbirdə çıxış ediblər.

 Daha sonra məktəbin VIII sinif şagirdi, şəhidin qardaşı qızı Nərgiz Zeynalzadə əmisinə həsr olunmuş şeiri söyləyib.

Tədbirdə məktəb şagirdlərinin hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim olunub. 








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA