13-02-2015 [19:46]
Azər Həsrət, azer@azerhasret.com
Fevralın 12-də Azərbaycan və ondan kənardakı siyasi dairələrin diqqəti ABŞ Konqresinə yönəlmişdi. Konqresin Nümayəndələr Palatasının "Avropa, Asiya və yeni təhdidlər üzrə xarici əlaqələr alt komitəsi” ölkəmizlə bağlı dinləmələr keçirirdi. Alt komitənin rəhbəri Dana Rohrabaxerin (Dana Rohrabacher) sədrlik etdiyi dinləmələrdə mövzu "Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları” idi.
Əsas şahidlər qismində Azərbaycanda yaxşı tanınan üç nəfər – keçmiş Sovet ölkələri üzrə araşdırmaçı, Bakıdakı Xəzər Universitetinin fəxri doktoru Prof. Odri Altştadt (Audrey L. Altstadt), Güney Qafqaz, Türkiyə və Orta Asiya üzrə araşdırmaçı-mütəxəssis, İsveçdəki Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel (Svante E. Cornell) və 1994-97-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariç (Richard Dale Kauzlarich) dəvət edilmişdi.

Audrey L. Altstadt
Şahidlərin çıxışlarından öncə Nyu Yorkdan olan konqresmən Gregori Miks (Gregory Weldon Meeks), Nyu Cersidən konqresmən Albio Sayrs (Albio Sires) və Floridanı təmsil edən konqresmən Ted Döyç (Theodore E. Deutch) qısa çıxış etdi. Bütün çıxışlarda təbii ki, Azərbaycanda insan haqları məsələlərinə toxunuldu və tənqidlər səsləndi. Amma məsələ ondadır ki, istər dinləmələrin başlanğıcında, istərsə də sonunda şəxsən diqqətimi çəkən bu oldu ki, ABŞ siyasətçiləri və ümumiyyətlə bu dinləmələri təşkil edənlər Azərbaycanın haqlı şikayətlərini və önəmini yetərincə başa düşürlər.
Demək olar ki, bütün çıxışçılar bir məsələdə yekdil fikrə gəldilər ki, Azərbaycan xüsusən Rusiyayla yaşanan problemlər fonunda Qərb üçün olduqca önəmlidir. Enerji məsələləri, eyni zamanda qlobal təhlükəsizliyin təmin edilməsində Azərbaycanın bölgəmizdə oynadığı və oynaya biləcəyi rol əvəzsizdir.
Belə bir sual da səsləndirildi ki, "Azərbaycan bölgə ölkələrinin hər hansı birinə təhlükə təşkil edirmi”? Zalda sükut çökdü və yalnız R.Kozlariç Ermənistanla olan münaqişəni dilə gətirdi. Bunu da Azərbaycanın təhlükə təşkil etməsi kimi deyil təbii.
İran və Rusiya arasında sıxılıb qalmış Azərbaycanın əlverişli durumda olmadığı da ayrıca qeyd edildi. Yəni ABŞ siyasətinin ordakı təmsilçiləri etiraf etdilər ki, bu Güney Qafqaz ölkəsi əlindən gələni edir ki, həm Rusiya, həm İran, həm də ABŞ başda olmaqla Qərblə münasibətlərdə qarşılıqlı maraqlara zərər gətirməsin. Təbii ki, bu da alqışlanmalı və bəzi Qərb dairələrinin yersiz tənqid etməyə alışdığı Prezident İlham Əliyevin uğuru kimi qeyd olunmalıdır.
Daha bir maraqlı məqam isə Azərbaycanın dünyəvi, modern bir dövlət olmasının təkrar-təkrar vurğulanmasıdır. Yəni dinləmələr nə qədər tənqidə hesablansa da ABŞ tərəfi bu üstünlük və özəlliklərimizi etiraf etməyə bilmədi.
Növbəti etiraf isə ondan ibarət oldu ki, Azərbaycan Qərbin ikili standartlarından əziyyət çəkir. Ukrayna münaqişəsi dilə gətirildi, rəngli inqilablar məsələsi qeyd edildi və deyildi ki, Azərbaycan siyasi çevrələri ABŞ və bütövlükdə Qərbin ikili standartlarından narahatdır.
Bunun özü ayrıca təqdir ediləsi məqamdır. Çünki uzun illərdir ölkəmizə qarşı ikili standartların tətbiq edilməsindən söz edirik, amma heç kim bunu dilinə gətirmək istəmir. Bu dinləmələrdə aydın oldu ki, artıq ABŞ rəsmi dairələri ikili standartlar məsələsində çox irəli getdiklərini anlayırlar və bunu dilə gətirməklə, əslində, Azərbaycanın könlünü almağa çalışırlar.
İnsan haqları məsələlərinə keçmədən onu da qeyd edim ki, dinləmələr bir gerçəyi də təsdiqlədi: ABŞ-da başa düşürlər ki, Azərbaycanda din adına İslam təməlçiliyi üçün az da olsa əsaslar var və hazırkı hakimiyyətin apardığı siyasət bu təhlükəni heçə endirir. Yəni Azərbaycan dini fanatizmə təslim olarsa, nəinki özü, ümumiyyətlə Orta Asiya ölkələri də Qərb üçün itirilmiş olar. ABŞ siyasətinin öndə gələnlərinin bunu anlaması sevindiricidir.
Və insan haqları. Baxmayaraq ki, Azərbaycan müəyyən qədər tənqid olundu, ümumilikdə düşünürəm ki, bu çıxışlar növbətçi tənqidlər kimi dəyərləndirilə bilər. Son zamanlar Azərbaycanla bağlı sərt tənqidlər səsləndirən R.Kozlariçin belə tənqidi yumşaq sayıla bilər. Əcəba, nə oldu, nə baş verdi görəsən?
Məncə, yuxarıda da qeyd edildiyi kimi, ABŞ-ın və bütövlükdə Qərbin ikili standartlarının daha işə yaramayacağı anlaşılır.
Digər tərəfdən, Azərbaycanı uzun-uzadı haqsız yerə tənqid etməyin, bu ölkəylə diktə dilində danışmağın faydasız olduğu artıq dərk edilir.
Azərbaycanda daxili sabitliyin və iqtisadi inkişafın ən önəmli amillər olduğunu ABŞ rəsmiləri də anlayır.
Onların dərdi heç də iddia edildiyi kimi ümumilikdə insan haqları deyil. Əsas dərd ABŞ kəşfiyyatına bağlı media qurumları, QHT-lər və təbii ki, onların əsas fiqurlarının fəaliyyətinə şərait yaradılmasına nail olmaqdır. Elə olmasaydı insan haqlarının kütləvi şəkildə pozulmasından danışdıqları halda kütləvi faktlar da təqdim edə bilərdilər. Amma olmadı, edilmədi. Çünki hardansa, nəsə eşidiblər, o da ayrıntılı şəkildə yadlarında qalmayıb.
İddia edildi ki, Azərbacyanda 90-dan artıq siyasi məhbus var. Alternativ medianın fəaliyyətinə yasaq gətirilib və insanlar ifadə azadlığından yararlana bilmirlər. "Sübutlar” da təqdim edildi: ABŞ-a bağlı bir neçə QHT-nin fəaliyyəti əngəllənib, bəzi jurnalistlər həbs edilib.
Həbs edilmiş jurnalistlərə gəlincə, iddia edildi ki, "Azadlıq” radiosunun jurnalisti "Kadica İzmaliyeva” tutulub və jurnalist təşkilatının rəhbəri Emin Hüseynov təqib edilir. Sonuncunun həyat yoldaşı isə ABŞ vətəndaşıdır…
Elə əsas məsələ də, əslində, bundadır. Bu dinləmələrdən belə anlaşıldı ki, ABŞ tərəfini onların iddia etdiyi kimi, heç də 90-dan artıq siyasi məhbusun taleyi maraqlandırmır. Onları narahat edən Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təbliğat ruporu olan "Azadlıq” radiosunun yerli bürosunun qapanması və həyat yoldaşının ABŞ kəşfiyyatına bağlılığı şübhə doğurmayan Emin Hüseynovun fəaliyyətinin araşdırılmasıdır. Yalnız bu qədər.
Bu arqumentimizi o da gücləndirir ki, qardaşı Ramis Yunusun zalda olmasına baxmayaraq hətta Arif və Leyla Yunusların belə adı ümumiyyətlə çəkilmədi.
Elə ona görə də demək olar ki, bütün çıxışçılar Azərbaycanı bir dəfə tənqid edəndə, beş dəfə də ölkəmizin əhəmiyyətini etiraf etməli olurdular. Necə deyərlər, ayının min oyunu məsələsi. Belə anlaşılır ki, ABŞ-ın əsas istəyi bu ölkəyə bağlı qurum və şəxslərin fəaliyyətinə şərait yaradılmasıdır.
Azərbaycan isə dəfələrlə bəyan edib ki, xarici təşkilatların fəaliyyətinə ölkə qanunları çərçivəsində heç bir əngəl yoxdur və ola da bilməz. Əgər ABŞ təşkilatları da burada fəaliyyət göstərmək istəyirsə, buyurub qanunlarımıza uyğun iş qursunlar. Həm də fəaliyyətlərində şəffaflığı təmin etsinlər. Amma onlar etmirlər, etmək istəmirlər. Əgər belədirsə, Azərbaycan dövləti niyə onlara öz ərazisində işləməyə izn verməlidir?
Bəlkə sürəkli olaraq Azərbaycanı tənqid edəcəyinizə, bu ölkənin beynəlxalq normalarla heç bir ziddiyyət təşkil etməyən qanunları çərçivəsində fəaliyyət qurasınız, hə? O zaman elə lap "Azadlıq” radiosu da hətta FM dalğasında belə yayımını bərpa edə bilər məncə…
Sözardı: Qeyd edilən dinləmələrin videosuna tam olaraq baxmışam və görmək istəyənlər də mənbəyini təqdim edirəm: ustream.tv/recorded/58731835. (29-cu dəqiqədən sonra)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi