İmişlidə yaponlarla müqavilə imzalandı - FOTOLAR

img

13-02-2015 [19:37]


Bu gün İmişli Rayon Heydər Əliyev Mərkəzində Yaponiya Hökümətinin maliyyə dəstəyi ilə  "İmişlinin Qaravəlli kəndində suvarma sisteminin yenidən tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.

Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək layihənin imzalanma mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak ediblər.



Layihənin əsas məqsədi kənd təsərrüfat sahəsini bol su ilə təmin etməklə az fuksional olan suvarma sisteminin yenidən inşa olunmasıdır.Layihə üzrə qrant sazişini Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və "Davamlı İnkişafa Doğru” İctimai Birliyinin sədri Namiq Heydərov imzalayıblar.


İmzalanma mərasimində çıxış edən Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bu cür layihələrin həyata keçirilməsini Yaponiya Höküməti ilə Azərbaycan dövləti arasında dostluq, mədəni və iqtisadi əlaqələrin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, tikintinin su bolluğunun yaradılması və kənd təsərrüfatı məhsullarının artırılmasına verəcəyi səmərədən danışıblar.Mərasimdə qeyd olunub ki, indiyədək İmişli rayonunda bu layihə də daxil olmaqla 5 layihə üzrə qrant müqaviləsi imzalanıb(veteninfo.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA