Nərimanovda hərbi qulluqçular mükafatlandırılıb - FOTO

img

13-02-2015 [19:11]



Bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının üçüncü  ildönümü münasibətilə Xidmətin Nərimanov rayon İdarəsinin rəhbərlik və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və rayon ictimaiyyətinin adından  idarənin bütün əməkdaşlarını peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara işlərində uğurlar arzulayıb.

Ş.İbadov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında düşməni hər an məhv etmək iqtidarına malik nizamlı ordumuzun gün-gündən daha da gücləndiyini, inkişaf etdiyini qeyd edərək, ordu quruculuğu istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yarandığı üç il ərzində əsaslı işlərin görüldüyünü bildirib. 

Tədbirdə həmçinin, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışa qədərki hazırlığı ilə bağlı mühüm nəticələrin əldə edildiyi diqqətə çatdırılıb. 

Xidmətin şəxsi heyətinin dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacağına əminlik ifadə olunub. 

Sonda xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA