General özünü "dolaşdırıb" - Mədət Quliyev gülüş doğuran addım atdı

img

13-02-2015 [15:37]


Başı cəncəldə olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyev vəziyyətdən çıxmağa çalışsa da, yenə də situasiya onun əleyhinə işləməkdədir. 

Bu barədə Dia.az-a nazirlikdəki mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, Mədət Quliyev «Lamiyə işi» ilə yanaşı, həbsxanada qətlə yetirilən Elşad Babayevin məsələsində ictimaiyyətin gözündən ciddi şəkildə salındığından, onun indi özünə yenidən reputasiya qazanma cəhdləri «yuxarılar» tərəfindən birmənalı qarşılanmayıb.

Mənbənin söylədikləri: «Mədət Quliyev təbii ki, fərqli şəraitdə fərqli davranış sərgiləyərdi. Amma bu dəfə ünvanına səslənən ittihamlarla barışırmış kimi reaksiya verdi. Və ardından da müəyyən vaxtı ötüşdürərək, daha çox «bəraət» xarakteri daşıyan «izahat»lara meyilləndi ki, bu da ictimai rəydə nəzərdə tutulan effekti vermir. Əksinə, Mədət Quliyevin bu gedişi «üzürü əməlindən betər» şəklində qiymət qazanır».

Məhz bu səbəbdən Penitensiar xidmət rəisinin hələ «kəfəni yırtmadığını» iddia edən qaynaq dia.az-a açıqlamasında əlavə edib ki, Mədət Quliyev yeni yollar aramaq zorundadır: «Xidmət rəisi ən azı kimlərisə cəzalandırmalı olacaq. İşdən atılanlar olacaq. Başqa yolu yoxdur. Əks halda, bütün məsuliyyəti üzərinə dartacaq ki, bu da ona karyerasını bitirə bilər».

Mövzuya əlavə olaraq, Mia.az xəbər verir ki, general Mədət Quliyev bu gün özünə yaxın saytda Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirləndirilən Lamiyə Quliyevanın övladının atası ilə bağlı "ucuz" xəbər dövriyyəyə buraxıb. Həmin xəbərdə iddia olunur ki, türmədə yatan Lamiyənin övladının atası 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun bu xəbərə əlavə etdirdiyi əsas isə cəmiyyətdə gülünc qarşılanıb.

Belə ki, həmin xəbərdə bildirilib ki, şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılan Elnur Rəsulov elə həmin təcridxananın qadınlar üçün nəzərdə tutulmuş hissəsində olan zaman özünün toxum mayesini Lamiyəyə yollayıb. Yəni "belə yolla" dünyaya uşaq gəlib. Əcabə, dünyanın gəlişmiş klinikalarının aylarla həyata keçirə bilmədiyi "sünü mayalandırma"nı türmədə, özü də iddia olunduğu şəkildə necə asanlıqla tətbiq ediblər ki?! Axı, bu necə mümkün ola bilər?! Bundan əlavə, türmə klinikadır ki, hər kəs istədiyini bu şəkildə kiməsə göndərə bilsin? Bundan əlavə, Lamiyə ilə Elnur "iki daşın arasında", özü də qısa müddətdə bu qədər necə isti münasibət qurub, bu prosesin incəliyinə qədər qərar verə biliblər?! 

Elə bu suallar və reallıq Mədət Quliyevin özünə yaxın olan saytdakı bu gülüş doğuran xəbərlə vəziyyətdən çıxmaq istəməsinin normal qarşılana bilməyəcəyi faktdır. 
 
Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA