Baş Prokurorluq Aslan Aslanovun evində axtarış xəbərini təkzib etmədi

img

11-02-2015 [22:32]


"Lamiyə işi”ndə əsas fiqurant olan Aslan Aslanovun evinin polis mühasirəsində saxlanması haqda Baş Prokurorluqda məlumat yoxdur.

 Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti nin rəhbəri xəbərə münasibət bildirərkən, təkzib etməyib. Deyib ki, rəhbərlik etdiyi xidmətdə bu haqda məlumat yoxdur.

Xatırladaq ki, yayılan məlumatlarda kənd təsərrüfatı nazirnin sabiq müavini Aslan Aslanovun Ayna Sultanova heykəli yaxınlığındakı evində qara maskalıların iştirakı ilə  axtarış aparıldığı bildirilib.

Musavat.com xəbər verib ki, A.Aslanovun villası qarşısından keçən yol bağlanıb. Hüquq-mühafizə orqanı əməkdaşları ərazidə aparılan tikinti işlərini də dayandırıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA