İlham Əliyev sərəncam imzaladı: iki nazirə tapşırıq verildi

img

11-02-2015 [18:51]


Azərbaycan prezidenti İlham Əliyev görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

MİA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla V. Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.
Qeyd edək ki, 2015-ci ilin iyul ayında görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor V. Adıgözəlovun anadan olmasının 80 illiyi tamam olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA