Vəkili Lamiyənin nişanlısı olmuş Vüqar Əliyevlə görüşüb: "Ürək ağrısından əziyyət çəkir"

img

11-02-2015 [17:21]


Vəkil Adəm Məmmədov həbsdə olan Vüqar Əliyevlə görüşüb.
Bu barədə APA-ya məlumat verən A. Məmmədov bildirib ki, Qobustanda yerləşən həbsxanada cəza çəkən V. Əliyevin səhhətində problem var: "O, ürək ağrısından əziyyət çəkir. Özünü yaxşı hiss etmir. Lamiyə Quliyevanın övlad dünyaya gətirməsi də Vüqara çox pis təsir edib. Vüqar Lamiyəni həyatından çıxartdığını da dedi ”.
Qeyd edək ki, V. Əliyev 2003-cü ildə həbs edilib. Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldürməkdə təqsirləndirilən Vüqar Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük, onun keçmiş nişanlısı Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan zaman Lamiyə Quliyevaya qarşı Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisinin normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb və cəzası 5 il 6 ay artırılıb.
Bir müddət əvvəl L. Quliyeva uşaq dünyaya gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA