Nazir yeni müavininə kabinet ayırmayıb - Nazirlikdə maraqlı olay

img

11-02-2015 [15:39]


Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nəqliyyat naziri Ziya Zəmmədova müavin təyin edilən Arif Əsgərov işə çıxmır.

Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, A. Əsgərov nazir müavini vəzifəsinin icarasına başlamayıb:

"Arif Əsgərov hələki nazirliyə gəlməyib. Onun kabineti müəyyən edilməyib. Otağı müəyyən edildik dən sonra işə çıxacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək nəqliyyat nazirinin müavini təyin edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA