Məleykə Abbaszadə "həyəcan təbili" çaldı - Vəziyyət gərgindir

img

11-02-2015 [14:05]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri həyəcan təbili çalıb.

 Məleykə Abbaszadə Azərbaycanda 5 ildən sonra kənd təsərrüfatı üzrə mütəxəssislərə böyük ehtiyac yaranacağını deyib: "O zaman biz həmin mütəxəssisləri xaricdən gətirməyə məcbur olacağıq”.

Onun sözlərinə görə, hal-hazırda kənd təsərrüfatı mütəxəssisləri ilə bağlı çatışmazlıq yoxdur və bu sahə mütəxəssisləri özlərinə iş tapırlar, kifayət qədər də maaş alırlar.

"Lakin təəssüf ki, son illərdə bu sahəyə müraciət edənlər azdır. Belə davam etsə, bir neçə ildən sonra ölkədə bu sahə mütəxəssisləri ilə əlaqədar ciddi çatışmazlıqlar yaranacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA