Eldar Əzizovdan pəncərə qadağası

img

11-02-2015 [13:02]


Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərin mərkəzi küçələrində yol kənarında olan binaların pəncərələrinin ağ rəngdə olması barədə tapşırıq verib.

Bu barədə AzVision.az-a şəhər sakinləri məlumat veriblər.

Məlumata əsasən yol kənarında olan binalarda rəngli pəncərələr sökülərək ağ rəngli pəncərələrlə əvəz ediləcək. Bildirilib ki, fərqli rəngdə olan pəncərələr mütləq şəkildə dəyişdirilməlidir. Bina sakinlərinə pəncərələri öz hesablarına dəyişdirilməsi tapşırılıb.

Bu işə nəzarət isə mənzil istismar sahələrinə tapşırılıb. Hər mənzil istismar sahəsi öz ərazisində sakinləri məsələ ilə bağlı xəbərdarlıq edir.

Xatırladaq ki, daha əvvəl Eldar Əzizov binaların küçəyə tərəf hissəsində paltar sərilməsini də qadağan etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA