Bakıda deputat xanımının apteki qarət olundu

img

11-02-2015 [12:45]


Bir neçə gün öncə silahlı şəxs tərəfindən qarət edilən və 280 manat oğurlanan aptekin sahibinin kimliyi məlum olub.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki,sözügedən aptekin sahibi millət vəkili İlyas İsmayılovun həyat yoldaşı Zəkəriyyə İsmayılovadır.

Deputat İlyas İsmayılov məlumatı təsdiqləyərək bildirib ki, hadisədən şikayətçi olublar və oğurluq edən şəxs tutulub: "Şikayət etdik, həmin şəxs tutulub. Burada sensasiya axtarılacaq bir şey yoxdur".

Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı aptekdə olan Zəkəriyyə İsmayılovaya və Almaz Əmirovaya qarşı quldurluq edən 1986-ci il təvəllüdlü Röyal Məmmədov müəyyən edilərək saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA