Mikayıl Cabbarov 4 rayondan şikayətçiləri qəbul edəcək

img

10-02-2015 [20:29]


Təhsil naziri Mikayıl Cabbarov fevralın 16-da saat 11.00-da Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu şəhərdə və Yevlax, Bərdə, Ağdaş rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Təhsil Nazirliyinin rəsmi saytında verilən məlumata görə, qəbula gəlmək istəyənlər fevralın 11, 12 və 13-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA