İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi

img

10-02-2015 [17:20]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib.

Səfir Aycigit Buranov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Aycigit Buranov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğu bildirilib, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmi qeyd olunub, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Qırğızıstanın tərəfdaş və dost ölkələr olduğu bildirildi və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA