Etibar Pirverdiyevin səlahiyyəti məhdudlaşdırıldı

img

10-02-2015 [16:24]


Azərbaycan prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək "Azərişıq” ASC adlandırılması ilə bağlı sərəncam imzalayıb.
 
"APA-Economics”in məlumatına görə, "Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
 
Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq” ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
 
"Azərenerji” ASC-nin və "Azərişıq” ASC-nin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.

Mia.az xəbər verir ki, bu sərəncam "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin səlahiyyətlərinin məhdudlaşdırmaq deməkdir.
 
Onu da qeyd edək ki, bu gün Prezidentin digər sərəncamı ilə Balababa Rzayev "Azərişıq” ASC-nin sədri təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA