Ucardan şikayət yazdı, başçının müavininin qəzəbinə gəldi

img

10-02-2015 [16:02]


Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu Mia.az-a məktub göndərib. O, Prezident İlham Əliyev, Mehriban Əliyeva və Ramiz Mehdiyev üz tutaraq, yaşadığı rayonun İcra Hakimiyyətinin Başçısının müavini Şəhla Abdullayevadan şikayətlənir.

Şikayətçi yazır ki, 2014 cü ildə Ucar rayonunda zibilliklərin baş alıb getməsi və bu kimi sosial problemlərlə  bağlı  mətbuata müraciət edib. Bundan sonra Şəhla Abdullayeva onu "arzuolunmaz insan" elan edərək, sıxışdırmağa başlayıb: "İş o yerə çatıb ki, təsisçisi olduğum təşkilatdan belə uzaqlaşmam tələb edilir. Şəhla Abdullayeva Yeni Azərbaycan Partiyası adından məni sıxışdırmaqla məşğuldur. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bu partiya Şəhla Abdullayeva tərəfindən sadə vətəndaşlara qarşı dəyənəyə çevrilir. Bundan əlavə, olaraq, o,  mənim ailə üzvlərimin dövlət işində işləmələrinə müxtəlif yollarla əngəl yaradır. Hələ də anlaya bilmirəm, 2014-də qaldırdığım problemləri yeni iicra başçısı aradan qaldırmağa başlayıb, amma işçisi müavini  hələ də mənimlə ədavət aparır".

Şikayətçi deyir ki, vəziyyət o həddə çatıb ki, o, artıq rayonu tərk etməyə məcburdur: "Cənab Prezident, sizdən xahiş edirəm ölkə gəncliyinə sahib çıxın, imkan verməyin ki, məni haqsız yerə qaralayıb, şərləyib məhv etsinlər". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA