Cavid Qurbanovun yerinə təyinat, Ziya Məmmədov yeni sədri təqdim edib-özəl

img

10-02-2015 [14:59]


"Azəryolservis” ASC-yə yeni rəhbər təyin edilib. Məlumata görə, Bakı 1 saylı Yol İstismarı İdarəsinin rəisi Saleh Məmmədov ASC-nin rəhbəri təyin edilib. 

Mia.az-ın əldə etdiyi məlumata görə, Nəqliyyat naziri Ziya Məmmədov bu gün Saleh Məmmədovu kollektivə təqdim edib. Nazir bildirib ki, hələlik "Azəryolservis” ASC-yə rəhbərliyi S.Məmmədov edəcək. Onun rəsmən "Azəryolservis” ASC rəhbəri kimi fəaliyyətə başlaması üçünsə, prezident sərəncam imzalayacaq. Hələlik isə belə bir sərəncam yoxdur.

Qeyd edək ki, "Azəryolservis” ASC-yə indiyədək Cavid Qurbanov sədrlik edirdi. O, ölkə başçısının dünənki sərəncamı ilə "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin edilib.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA