İlham Əliyev Rusiyalı qonaqla görüşdü

img

10-02-2015 [14:18]


Prezident İlham Əliyev Rusiya hökuməti sədrinin müavini Arkadi Dvorkoviçi qəbul edib
 
Mia.az AzerTac-a istinadən xəbər verir ki, qonaq Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ticarət dövriyyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub.
 
Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı V. Putin və D. Medvedevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA